reklam
Ağayev qayıdır -
Sportfm.az xəbər saytı

Ağayev qayıdır -2 ildən sonra


Azərbaycan millisinin sabiq oyunçusu Kamran Ağayev uzun fasilədən sonra rəsmi matça çıxacaq.

Sportfm.az xəbər verir ki, hazırda "Səbail"in formasını geyinən 35 yaşlı qapıçı bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt"a qarşı oynayacaq.

Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verəcək. "Kapital Bank Arena"dakı qarşılaşma saat 16:00-da start başlayacaq.

Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.

 

Oxşar xəbərlər

Kamran köməkçi məşqçi oldu - Təyinat
Kamran Ağayev karyerasını bitirdi - 36 yaşında
Kamran Ağayev futbolda qalır - Açıqlama
"Meyxananın oyunuma heç bir aidiyyatı yoxdur" - Kamran Ağayev
Kamran Ağayevin atası dünyasını dəyişdi - Koronavirusdan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər