50 mindən çox ağac əkildi -AFFA
Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək məqsədilə UEFA İcraiyyə Komitəsi ev sahibi ölkələrdə 50 min ədəd ağac əkilməsi barədə qərar qəbul edib.
Sportfm.az xəbər verir ki, AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi il birgə Xocahəsən gölünün ətrafında və hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində 50600 ədəd ağac əkib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Oxşar xəbərlər
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
5 əvəzetməyə icazə verildi - AVRO-2020
"AVRO-2020-ni səbirsizliklə gözləyirəm" - Aleksander Çeferin
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
UEFA təşkilatçı şəhərləri təsdiqlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası