reklam
İdmançılar 4 gündən bir testindən keçəcək -
Sportfm.az xəbər saytı

İdmançılar 4 gündən bir testindən keçəcək -Tokio-2020


Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ən azı dörd gündə bir dəfə koronavirus testindən keçəcəklər.

Sportfm.az xəbər verir ki, bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) yayımladığı idmançılar üçün qaydalar toplusunda öz əksini tapıb.

PCR testinin tezliyinin idman növündən və yarış cədvəlindən asılı olacağı vurğulanıb. Yoxlamaların Olimpiya və ya Paralimpiya kəndləri ərazisindəki ixtisaslaşmış laboratoriyada aparılması nəzərdə tutulur. İdmançı bu obyektlərdən kənarda yaşayırsa, testlərdən keçmək üçün xüsusi nəqliyyat vasitəsini istifadə etməli olacaq. Test nəticələrini smartfon üçün nəzərdə tutulan mobil tətbiq vasitəsilə izləmək mümkündür.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Oxşar xəbərlər

İştirakçılar iki dəfə test verəcək - Tokio-2020
İdmançılardan hər gün test götürüləcək - Tokio-2020
Rafael Ağayev Lebronla eyni siyahıda
Rafael Ağayev ulduz idmançıların siyahısında - 100 ən yaxşı
Azarkeşlərə mahnı oxumağa icazə verilmir - Tokio-2020-də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər