Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa Liqasında oyunların yeri dəyişdirildi -Koronavirusa görə
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin iki oyununun yerini dəyişdirib.
Sportfm.az xəbər verir ki, “Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) ilk görüşü Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da, “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) cavab matçı isə Yunanıstanda "Georgios Karaiskakis" stadionunda oynanılacaq.
Bu qərarların verilməsinə koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb olub.
Qeyd edək ki, “Volfsberger” – “Tottenhem” oyunu fevralın 18-i Avstriyada, “Arsenal” – “Benfika” qarşılaşması isə fevralın 25-i İngiltərədə oynanılmalı idi.
Oxşar xəbərlər
“Tottenhem” 1/8 finalda - Avropa Liqası
"Arsenal"dan heç-heçə - Avropa Liqası
Avropa Liqası: 1/16 finalın püşkü atıldı
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
Avropa Liqasında 1/4 finala yüksələn komandalar müəyyənləşəcək - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







.jpg)







Misli Premyer Liqası