Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nazir müavini xəsarət aldı -Qabırğası çatlayıb
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.
Sportfm.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".
Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".
Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb. (report)
Oxşar xəbərlər
Səmayə Məmmədova nazirlikdə işə başladı - Təyinat
"İstənilən güləşçi ilə güləşə bilərəm" - Nazir müavini İsmayıl İsmayılov
Səmayə Məmmədova nazirlikdəki vəzifəsindən istefa verdi - RƏSMİ
Səmayə Məmmədova:"TV-də veriliş aparmaq istəyərdim" - VİDEO
Nazir müavini Zəhra ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası