reklam
4 cüdoçumuz qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

4 cüdoçumuz qələbə ilə başladı -Böyük Dəbilqə


Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.
Sportfm.az xəbər verir ki, Azərbaycan yarışa 15 idmançı ilə qatılıb. Onlardan bu gün mübarizəyə yeddisi qatılacaq. 
Kişilər
60 kq
1/16 finalda almaniyalı Mortis Plafkla qarşılaşan Davud Məmmədsoy tatamidən qələbə ilə ayrılıb. O, növbəti görüşdə hindistanlı Vijay Yadavı məğlub edib. 
Bu çəkidəki digər idmançımız Kəramət Hüseynov isə Eşli Makkenzi (Böyük Britaniya) ilə qarşılaşıb və rəqib "ippon"la təmiz qələbə qazanıb.
66 kq
Nicat Şıxəlizadə 1/8 final mərhələsində Petr Jukovla (Rumıniya) qarşılaşıb və təmiz qələbə qazanıb. O, yarımfinal yolunda qırğızıstanlı Te Arturu məğlub etməyə çalışacaq.
Orxan Səfərov ilk görüşündə uduzub. O, İsrail cüdoçusu Amit Boboviçin ippon fəndi qarşısında aciz qalıb.
Qadınlar
48 kq
1/16 final: Leyla Əliyeva ilk cəhdindəcə uğursuzluğa düçar olub. Yerli idmançı Şira Rişoni həmyerlimiz üzərində təmiz qələbəyə sevinib.
1/16 final. Aişə Qurbanlı Tamar Malka (İsrail) ilə qarşılaşıb və rəqibini 1,25 dəqiqəyə ippona salıb. Onun növbəti rəqibi fransız Sirin Boukli olacaq.
52 kq
1/16 final. Gültac Məmmədəliyeva turnirə qələbə ilə başlayıb. O, braziliyalı Eleudis Valentim ilə mübarizədə öncə vazari xalı qazanıb, ardından isə rəqibini "ippon"a salıb. Gültac 1/4 finala yüksəlmək üçün fransız Astrido Gnetoya qalib gəlməlidi.
 

Oxşar xəbərlər

Kəramət yarımfinalda - Böyük Dəbilqə
7 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Azərbaycan cüdoçuları mübarizəyə başlayır - Avropa Liqası
8 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər