"Oyun istədiyimiz kimi alınmadı" -Rəşad Sadıqov
"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. Amma istədiyimiz kimi alınmadı".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə" ilə 2:2 hesablı bərabərlikdən sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis 2-ci yarıda daha yaxşı çıxış etdiklərini bildirib: "Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Komandamı ürəkdən təbrik edirəm".
Oxşar xəbərlər
"Yarımfinala layiq matç alındı" - Rəşad Sadıqov
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov
"Qol vurmaqda çətinlik çəkirik" - Yunis Hüseynov
"Meydanda istədiyim komandanı görə bilirəm" - Elmar Baxşıyev
Okan Buruk: “Zirə” ilə oyunda istədiyimiz nəticə qeydə alınmadı”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası