İranlı idmançının medalı Azərbaycanlı güləşçiyə verildi -Dopinqə görə
Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.
Sportfm.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.
Yasaqlı preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.
Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.
Bununla da ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.
Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.
Oxşar xəbərlər
Dünya Çimərlik Oyunlarının tarixi açıqlandı - 2023-cü il
Güləşçimiz Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı
Azərbaycan güləşçiləri Dünya Çimərlik Oyunlarında iştirak edir
Azərbaycan nümayəndə heyəti ANOC-un iclasında iştirak edəcək
Güləşçilərimiz Dünya Seriyası turnirində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası