“Turan Tovuz” “Qaradağ Lökbatan”la bərabərə qaldı -I Divizion
Futbol üzrə Azərbaycan 1-ci divizionunda bu gün 14-cü turun daha bir oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlində 4-cü pillədə qərarlaşan “Zaqatala” doğma meydanda “Qarabağ-2″ni məğlub edərək, 2-ci pilləyə yüksəlib.
Turun daha bir qarşılaşması bu gün keçirilib. Lider “Turan Tovuz” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş qollu bərabərliklə bitib – 1:1.
Azərbaycan 1-ci divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları qarşı hava şəraitinə görə təxirə salınıb.
Birinci divizion, 14-cü tur
23 fevral
Zaqatala – Qarabağ-2 1:0
Qol: Xəqani Sadıxov, 35.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00
24 fevral
Turan Tovuz – Qaradağ Lökbatan 1:1
Qol: Nurlan Şabanov, 75 – Elnur Səmədov, 1.
Hakimlər: Rövşən Rəcəbov, Emin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu, 14:00

Oxşar xəbərlər
"Turan Tovuz"dan bərabərlik, "Sabah" qələbə qazandı - I Divizion
“Turan Tovuz” “Qarabağ”ı məğlub etdi - I Divizion
“Zaqatala” liderliyə yüksəldi - I Divizion
"Zaqatala" “Qarabağ”a qalib gəldi - I Divizion
XII turun bütün təyinatları məlum oldu - I Divizion
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin





.jpg)









Misli Premyer Liqası