reklam
Rusiya dünya çempionatından məhrum edildi -
Sportfm.az xəbər saytı

Rusiya dünya çempionatından məhrum edildi -Dopinqə görə


Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) 2021-ci il dünya çempionatını Rusiyanın paytaxtı Moskvada keçirməkdən imtina edib.

Sportfm.az xəbər verir ki, bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) iddiasını qismən dəstəklədikdən sonra qəbul edilib.

WADA Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın qərarı nəticəsində 2022-ci il dekabrınadək Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiya idmançıları bayraq və himn olmadan çıxış edəcəklər. Qərar Rusiyanı dünya çempionatlarına iddia etməkdən və təşkilatçılıq hüququndan da məhrum edir.

Qeyd edək ki, dünya çempionatı 5 - 14 noyabrda keçirilməli idi. Yeni məkan martda müəyyənləşdiriləcək.

Oxşar xəbərlər

İdmançımıza qalib gələn rusiyalı güləşçi dopinqə görə cəzalanıb
AMADA-nın rəhbərinə yeni vəzifə verildi
Rusiya DÇ-2022-də iştirak etməyəcək
RUSADA-nın sanksiyalara etiraz etmək qərarı diqqətə alındı
Rusiya idmanına böyük zərbə! - Yarışlardan məhrum olundular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər