Bakıda dağıdılan bazada işlər dayandırıldı -İddia qaldırıldı
«Bakı»FK-nın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən keçmiş bazasında aparılan tikinti dayandırılıb.
Sportfm.az xəbər verir ki, buna səbəb klubun prezidenti Hafiz Məmmədov iddia qaldımasıdır.
O, bazanın ərazisinə yiyələnən şirkətdən vaxtilə bura çəkdiyi xərcin ödənilməsini tələb edir. Sabiq iş adamının istəyi 25 milyon manatın geri qaytarılmasıdır.
H.Məmmədov keçmiş «Delfin»MMC-yə məxsus torpaq sahəsində inşa etdirdiyi futbol kompleksinin buranı satın alan şirkət tərəfindən dağıdılmasının qanunsuz olmasını isbatlamağa çalışır.
Çünki “Delfin” MMC 3 il öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib və stadionun sökülməsinə qərar verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız keçmiş “Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə tanıyıb.
Artıq bu proses başa çatıb. Onunla yanaşı, keçmiş təlim-məşq bazası tamamilə sökülüb və beləliklə, paytaxtın ən böyük futbol infrastrukturunun profili dəyişib.
Oxşar xəbərlər
"Bakı"nın bazasını görün nə günə qoydular! - FOTOLAR
"Bakı"nın bazasındakı söküntü dayandırıldı - Dövlət Komitəsi işə qarışdı
"Bakı"nın bazasının yerini kim alıb? - İddia
"Bakı"nın keçmiş bazası ingilisə tapşırıldı
“Bakı”nın bazası da əlindən alınır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası