reklam
Mübariz Mənsimov azadlığa buraxıldı -
Sportfm.az xəbər saytı

Mübariz Mənsimov azadlığa buraxıldı -VİDEO


Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sportfm.az xəbər verir ki, keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.
M.Mənsimov “Xəzər Lənkəran” Futbol Klubunun yaradıcısı və sahibi olub. (APA)

Oxşar xəbərlər

"Mənsimov "Xəzər Lənkəran" adını "Xan Lənkəran"ın prezidentinin ixtiyarına verib" - AÇIQLAMA
Mənsimov azadlıqda - Ev həbsindən
Mübariz Mənsimov sərbəst buraxıldı
Mübariz Mənsimov Türkiyədə saxlanıldı
Mübariz Mənsimov xəstəxanaya yerləşdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər