reklam
Cüdoçumuz mübarizəni dayandırdı -
Sportfm.az xəbər saytı

Cüdoçumuz mübarizəni dayandırdı -Zədələndiyi üçün


Azərbaycan cüdoçusu Murad Fətiyev Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə zədələnib.

Sportfm.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Qırğızıstan təmsilçisi Vladimir Zoloyevlə görüşdə xəsarət alıb.

Qarşılaşmada Fətiyevin burnu qanayıb və fasilə yaranıb. Daha sonra cüdoçu sarğı ilə tatamiyə qayıdıb.

Hakim görüşün davam etməsini məqsədəuyğun hesab etməyib və Azərbaycan təmsilçisinə məğlubiyyət verilib. Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) məğlub etmişdi.

Qeyd edək ki, 81 kq-dakı Hidayət Heydərov da yarışla erkən vidalaşıb. O, 1/32 finalda Gilyerme Şmidtin (Braziliya) müqavimətini qıra bilməyib. 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojakı (Sloveniya) məğlub edib.

Oxşar xəbərlər

Hidayət Heydərov finalda - Böyük Dəbilqə
“Böyük Dəbilqə”dən 3 medal
Hidayət Heydərov Teo Riquinə qarşı - Böyük Dəbilqədə mübarizə başlayır
2 cüdoçumuz mübarizəyə qoşulur - Avropa çempionatı
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər