"Yayda yenidən danışıqlar ola bilər" -Samir Abasov
"Oyunçularımı təbrik edirəm. Yaxşı oynadılar. Lakin digər tərəfdən rəqibə çox qol şansı verirdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək 1 oyunumuz qalıb. Ondan sonra bir az istirahət edəcəyik".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu matça görə cinah müdafiəçisi Ömər Buludova müəyyən tapşırıqlar verilmişdi: Həmişə dediyim kimi bizdə hücumçunun irəlidə durması vacib deyil. Komanda şəklində hücum etməliyik".
S.Abasov "Neftçi"yə transferi gündəmdə olan yaponiyalı ulduz futbolçu Keysuke Honda barədə də danışıb: "Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilən oyunçudur. Honda müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər". (qol.az)
Oxşar xəbərlər
"Neftçi" Honda ilə vidalaşdı - Müqavilə bitdi
Honda və Ahmedov “Neftçi”dən ayrıldı - RƏSMİ
Honda ilk qolunu təriflədi - VİDEO
"Honda bizə dəstək olacaq" - Kamran Quliyev
"Heç bir komandanı hesabdan silmirik" - Samir Abasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi















Misli Premyer Liqası