reklam
AFFA iki futbolçunu cəzalandırdı -
Sportfm.az xəbər saytı

AFFA iki futbolçunu cəzalandırdı -200 manat


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, komitənin qərarları Peşəkar Futbol Liqasının saytında yayımlanıb. İclasda Premyer Liqanın 19-cu turunun bəzi oyunlarında qayda pozuntularına dair qərarlar verilib.

“Keşlə”nin köməkçi məşqçisi Azər Bağırov “Neftçi” ilə matçın 61-ci dəqiqəsində oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Qəbələ”nin futbolçusu Rüfət Əhmədov “Səbail”lə oyunda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 67-ci dəqiqəsində “Səbail”in futbolçusu Ruslan Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub “Qəbələ” 400 manat cərimə olunub.

Oxşar xəbərlər

AFFA klubları cəzlandırdı - I Divizion
I Divizionda cəzalar açıqlandı
Koçuk və Emreli cəzalandırıldı
Divizion klublarının cəzası açıqlandı
I Divizion klublarının cəzası açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər