İtaliya mətbuatı Merihi yıxdı-sürüdü -"Axmaq və tələskən bir hərəkət"
"Yuventus"un futbolçusu Merih Demiral sərt şəkildə tənqid edilib.
Sportfm.az xəbər verir ki, buna 22 yaşlı müdafiəçinin ötən gecə Çempionlar Liqasının 1/8 finalının cavab oyununda "Portu" ilə matçda (3:2) qaydanı pozaraq, rəqibə penalti qazandırması səbəb olub. Portuqaliya təmsilçisi isə əlinə düşən fürsətdən yararlanıb. İtaliyanın məşhur idman nəşrləri "La Gazetta dello Sport", "Corriere della Sport", "Tuttosport" türkiyəli oyunçunun ünvanına "bağışlanmaz səhv", "lazımsız müdaxilə", "absurd hərəkət", "axmaq və tələskən bir hərəkət", "Demirəlin faydasız oyunlarından sadəcə biri" və s. kimi tənqidlər yazıblar.
Qeyd edək ki, komandalar arasında ilk görüşdə "Portu" 2:1 hesablı qələbə qazanıb. Klub iki oyunun nəticəsində 1/4 finala yüksəlib.
Oxşar xəbərlər
Liqa Kubokunun sahibi "Portu" oldu
Merih Demiral virusa yoluxdu
Merih Demiral "Yuventus"un ən yaxşısıdır - 7 bal aldı
Merih Demiral əməliyyat olundu - Türkiyəli müdafiəçi Bakıya gələcəkmi?
Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası