reklam
Qurbanovun millidə ayağı sındı
Sportfm.az xəbər saytı

Qurbanovun millidə ayağı sındı


"Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanovun dabanından əməliyyat olunduğunu xəbər vermişdik.
 
Sportfm.az xəbər verir ki, artıq Musa bəyin səhhətində heç bir problem yoxdu.
 
Veteran futbolçu müvəqqəti olaraq əsa ilə də olsa, gəzə bilir. Musa bəyin ardından Qurbanovlar ailəsində daha bir nəfər zədələnib. Bu dəfə onun adaşı, Qurban Qurbanovun oğlu Musa Qurbanovun ayağı sınıb. "Neftçi”nin U-15 komandasının və U-16 yığmasının şərəfini qoruyan kiçik Qurbanov millinin düşərgəsində məşq zamanı xəsarət alıb. 

Qurban Qurbanovdan aldığımız bilgiyə görə oğlunun ayağının aşağı hissəsində xırda sümüklərdən biri sınıb və bu səbəbdən hazırda onun ayağı gipsdədi. Qurban bəy onu da bildirdi ki, zədə səbəbindən Musa U-16-nın Gürcüstan toplanışında iştirak edə bilməyib.

Mənbə: "Futbol plus" qəzeti

Oxşar xəbərlər

Qurban Qurbanovun yanındakılar kimlərdi? - FOTO
Qurban Qurbanovun oğlu "Qarabağ"ın əsas komandasında - FOTO
Qurban Qurbanovun oğlu "Qarabağ"a qol vurdu
Qurban Qurbanovun oğlu yığmada
Qurban Qurbanov qardaşının komandasına qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər