"Qəbələ" milliyə qarşı -Yoxlama oyunu
“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına martın 18-də start verəcək.
Sportfm.az xəbər verir ki, XX turun “Zirə” ilə görüşündən (1:1) sonra üç günlük istirahəti başa vuran “qırmızı-qaralar” məşqlərə sabah başlayacaq.
Komanda fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv martın 25-də “Zirə” ilə üz-üzə gələcək. “Qəbələ” ikinci sınaq matçını 4 gün sonra keçirəcək. “Qırmızı-qaralar” Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. U-21-lə görüş “Dalğa Arena”da baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 4-də səfərdə “Sabah”a qarşı keçirəcək.
Oxşar xəbərlər
“Qəbələ” – “Zirə” matçının yeri və vaxtı dəyişdirildi - Yoxlama oyunu
"Zirə" ilə "Qəbələ" üz-üzə gələcək - Yoxlama görüşü
"Qəbələ" - "Neftçi"yə qarşı - Yoxlama görüşü
“Qəbələ” “Qəbələ”yə qarşı oynayacaq - Yoxlama oyunu
"Qəbələ" "Zirə"ni məğlub etdi - Yoxlama oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası