Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelikə məhdudiyyət qoyuldu -Millidə oynaya bilməyəcəklər -
Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyasına görə ölkədə çıxış edən bir sıra legioner futbolçulara məhdudiyyətlər qoyub.
Sportfm.az xəbər verir ki, yeni qərara əsasən Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçuları öz millisinə buraxılmayacaq.
Liqa 1 və Liqa 2-dən 40 klub ölkəyə qayıtdıqda 1 həftə karantinə alınmaq və virusa yoluxmaq riskinə görə Avropa Birliyinin üzvü olmayan ölkələrdən olan futbolçuların milli komandalarına göndərilməməsini istəyib.
Bu isə o deməkdir ki, “Lill”də çıxış edən Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik, o cümlədən Liqa 2 təmsilçisi “Le Havre”də oynayan Umut Meraş Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunlarında iştirak etmək üçün ölkələrinə gedə bilməyəcəklər.
Adıçəkilən 4 futbolçu üçün Fransaya təyyarə göndərmək istəyən Türkiyə Futbol
Federasiyası qarşı tərəfin cavabını gözləyir. Federasiyanın alternativ variantlar üzərində işlədiyi bildirilib.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Niderland, 30-da isə Latviya millisini qəbul edəcək. (qol.az)
Oxşar xəbərlər
Burak Türkiyəyə qayıdır - “Beşiktaş”da oynayacaq
Mövsümün rəmzi komandası - Liqa 1
Türk futbolçu Fransanın ən yaxşısı oldu - Liqa 1
Millimizin futbolçusu Fransa klubunun hədəfində
Burak Yılmaz “Beşiktaş”ı Fransa klubuna dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası