reklam
Serbiya millisindən “Neftçi”nin futbolçusuna hədiyyə -
Sportfm.az xəbər saytı

Serbiya millisindən “Neftçi”nin futbolçusuna hədiyyə -FOTO


"Neftçi" klubunun futbolçusu Mamadu Mboc 2022-ci il dünya çempionatının seçmə oyunu üçün Bakıda səfərdə olan Serbiya yığmasının düşərgəsini ziyarət edib.
Sportfm.az xəbər verir ki, 28 yaşlı seneqallı müdafiəçi sabiq komanda yoldaşı Marko Qruiç ilə görüşüb.
İcarə əsasında Portuqaliyanın "Portu" klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi Mboca yığmadakı formasını hədiyyə edib.
Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Marko Qruiç isə bu klubun yetirməsidir və 2013 - 2016-cı illərdə əsas komanda oynayıb. 
Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

“Neftçi”nin sabiq futbolçusu klubunu dəyişdi
"Neftçi" "Qarabağ"a qalib gələcək" - Mamadu Kane
"Neftçi"nin legioneri milliyə dəvət aldı - DÇ-2022
Mboc "Neftçi"də qalacaq - Müqavilə
Litva çempionu "Neftçi"də - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər