Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail" transferlərinə davam edir
Azərbaycan I divizionunda mübarizə aparan "Səbail" qış transfer dövründə daha iki futbolçunu heyətinə cəlb edib.
Sportfm.az xəbər verir ki, paytaxt klubu "Neftçi"nin müdafiəçisi Orxan Qurbanlını icarəyə götürüb. 21 yaşlı futbolçu mövsümün sonuna qədər "Səbail"də çıxış edəcək.
Bundan başqa, 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpurla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rusiyanın "Rostov" klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.
Oxşar xəbərlər
"Səbail"də albaniyalı futbolçu - TRANSFER
"Səbail" daha bir futbolçu - TRANSFER
"Qəbələ"dən daha bir transfer - 1 illik müqavilə
"Səbail"dən növbəti transfer - FOTO
"Səbail" heyətini iki futbolçu ilə gücləndirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası