Honda debüt etdi, "Neftçi" uduzdu -Premyer LLiqa
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, "Sabah" Masazırdakı "Bank Respublika Arena"da "Qəbələ" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Ramil Şeydayev vurub. 25 yaşlı forvardın qolu eyni zamanda komandasının 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Sabah" sonuncu pillədə xilas olaraq, 7-ci sıraya yüksəlib. "Qəbələ" isə 23 xalla 5-ci yerdə qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzub. Turun açılış matçında isə "Səbail" və "Zirə" qolsuz heç-heçəyə razılaşıb.
Matç "Neftçi"nin yeni transferi Keysuke Honda üçün əlamətdar olub. İkinci hissənin əvvəlində meydana daxil olan 35 yaşlı yaponiyalı yarımmüdafiəçi ilk rəsmi matçına çıxıb.Turun son oyunu isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları arasında olacaq. 42 xalla 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Çempionatın iki bombardirindən biri olan Mahir Emreli və yarımmüdafiəçi Qara Qarayev zədə səbəbindən meydana çıxa bilməyəcək. 17 xalla 7-ci sırada yer alan "Keşlə"də isə yeganə itki cəzalı Tərlan Quliyevin yoxluğudur. Komandalar bugünədək çempionatda 64 dəfə rəqib olublar. Bu oyunların 13-ü meydan sahiblərinin, 30-u isə qonaqların xeyrinə başa çatıb. Topların fərqində də son ölkə çempionu öndədir - 82:41. “Qarabağ” son 9 oyunda uduzmayıb. “Keşlə” son 4 ev matçında qol vurmayıb.
4 aprel (bazar)
16:30. “Neftçi” – “Sumqayıt” - 0:2
Qol: Rəhim Sadıxov, 4. 42 (p)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”.
17:30. “Sabah” –“ Qəbələ” - 1:0
Qol: Ramil Şeydayev, 45+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.
18:30. “Keşlə” – “Qarabağ” - 1:1
Qol: Rəhman Hacıyev, 7 - Patrik Andrade, 90+2 (p)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”.
Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.
Oxşar xəbərlər
"Neftçi" - "Zirə" matçının hakimləri bilindi - Azərbaycan Premyer Liqası
"Qarabağ" "Qəbələ"nin, "Neftçi" "Sabah"ın qonağı olacaq - Premyer Liqa
"Qəbələ" - "Qarabağ" matçı FIFA referisinə həvalə edildi - Premyer Liqa
"Neftçi" evdə, "Qarabağ" səfərdə oynayacaq - Azərbaycan Premyer Liqası
“Neftçi” – “Sumqayıt” matçı İnqilab Məmmədova həvalə edildi - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası