Roma UEFA-ya təminat verdi -Azarkeşlərlə bağlı
AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan İtaliyanın paytaxtı Roma azarkeşlərlə bağlı UEFA-ya təminat verib.
Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina qurumun rəsmi saytına açıqlamasında deyib.
Romadakı "Olimpiko" Stadionu A qrupunda İtaliya millisinin 3 oyununu, həmçinin 1/4 finalın bir görüşünü qəbul edəcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Çakır Avro-2020-nin heyətində - SİYAHI
Yığmanın üzvləri vaksinasiya olunacaq - Oyunlarından əvvəl
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
UEFA təşkilatçı şəhərləri təsdiqlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası