reklam
“Sumqayıt”la oyunumuz çətin keçəcək” -
Sportfm.az xəbər saytı

“Sumqayıt”la oyunumuz çətin keçəcək” -Abbas Hüseynov


"Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi”.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Azərbaycan Premyer Liqasının XXI turunda "Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.
Klubun rəsmi saytına danışan millimizin üzvü 1:1 hesabı ilə nəticələnən qarşılaşmaya öncədən yaxşı kökləndiklərini söyləyib: "Qələbə qazana bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq. Fikrimcə, oyunumuz yaxşı alındı. "Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır”.
Sağ cinah oyunçusu "Sumqayıt”a qarşı keçiriləcək növbəti tur matçına da münasibət bildirib: "Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Önəmli oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.
Qeyd edək ki, aprelin 11-də "Azərsun Arena”da baş tutacaq "Qarabağ” – "Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.

Oxşar xəbərlər

"Rəqib oyunçu məni vurdu və özünü yerə atdı" - Höccət Haqverdi
"Səhv etmək olmaz" - "Qarabağ"ın oyunçusu
"Qarabağ" Sumqayıta təslim olmağa gəlməyəcək" - Elvin Məmmədov
Fəhmin Muradbəyli qalib gəlmədyimiz matçı yaxşı nəticə ilə başa vurduğumuzu düşünür
Miçoviç: "Keşlə"yə çətin anlar yaşatmağa çalışacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər