Allahverdi Bağırovun xatirə turniri keçiriləcək -“Dostluq”
“ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı ilə “Dostluq” turniri keçiriləcək.
Sportfm.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunacaq. Aprelin 22-də "Qarabağ"ın oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.
Gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, Milli Qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği məqsədilə ASAN könüllüləri tərəfindən 12–22 aprel tarixində “Dostluq” turniri təşkil olunacaq.
Turnir çərçivəsində 12 qurumun könüllülərindən ibarət komandalar yarışacaq.
Oxşar xəbərlər
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
Kikboksinq üzrə “Qarabağ Open” turniri keçiriləcək
Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş minifutbol turniri keçiriləcək
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən futbol turniri start götürdü - FOTOLAR
Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası