Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Son 5 mövsümün rekordu təkrarlandı -Azərbaycan Premyer Liqası
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun 4 oyunundan 3-də heç-heçə qeydə alınıb.
Sportfm.az xəbər verir ki, yalnız cari tur “Qarabağ” “Sumqayıt”ı 4:1 hesabı ilə üstələyib.
“Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır.
Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşmişdi.
Oxşar xəbərlər
Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
Premyer Liqamızda rekord təkrarlandı
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
Hamı qol vurdu, "Qəbələ" uduzdu
Azərbaycan Premyer Liqasında sülhsevər tur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası