Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ruslan Abışov yenidən doğma klubunda
Milli komandamızın üzvü Ruslan Abışov karyerasını "Neftçi"də davam etdirəcək.
Sportfm.az xəbər verir ki, bu barədə futbolçunun qardaşı və meneceri Sərxan Abışov məlumat verib.
Onun sözlərinə görə, Ruslan bu gün "Neftçi"nin düşərgəsinə qoşulacaq və axşam saatlarında müqavilə imzalayacaq.
Abışovun son klubu olan "İnter"lə mövsümün sonuna qədər müqaviləsi var idi.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2006-2012-ci illərdə də yetirməsi olduğu "Neftçi"də çıxış edib. Bu, "Neftçi"nin 7-ci transferidir. Paytaxt klubu buna qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanı heyətinə cəlb edib.
Oxşar xəbərlər
Ruslan Abışov futbolla vidalaşacaq - "Neftçi" - "Zenit" matçında
Ruslan Abışov karyerasını başa vurdu - 36 yaşında
Abışov “Zirə” ilə vidalaşdı
Ruslan Abışov futbolsevərlərlə görüşdü - FOTO
"Qəbələ"ni daha bir futbolçu tərk etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı















Misli Premyer Liqası