Yunanıstanın yığmamızla oyun üçün heyəti açıqlandı -SİYAHI
Avropa çempionatının seçmə qrup mərhələsində millimiz sonuncu oyununu aprelin 14-də keçirəcək. Komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Oyunu Ukraynadan olan hakimlər idarə edəcəklər. Üçüncü referi və saniyəölçən isə həmyerlilərimiz olacaq. Bu arada Yunanıstan yığması millimizlə oyunun hazırlığını aprelin 10-dan etibarən davam etdirir. Baş məşqçi Giannis Ziavas 16 futzalçıya dəvət göndərib.
Yunanıstan millisinin heyətində qapıçılar - Dimitris Zervas (Doukas), Theofilou Dimitrios (AEK), oyunçular - Dimitrios Karavidas (Doukas), Çaralampos Stavrakopoulos (Doukas), İoannis Delaportas (AEK), Gaifillias Apostolos (Panatinaikos), Andreas Tarnanidis (AEK), Antonios Kontogeorgis (Neo İkonio), Datis Marios (AEK), Spyridon Kondylatos (Doukas), Gousis Panagiotis (AEK), Dimitrios Karidas (AEK), Floros Acxilleas (Doukas), Papakostas Spyridon (Panatinaikos), Gritzalis Spyridon (Hermes Painter) və Michalitsis Efthymios (AEK) yer alıblar.
Oxşar xəbərlər
Millimizin iki oyun üçün heyəti - DÇ-2024
Yenə Afinada yunanları susdurduq - Futzal yığmamız
Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı - Avropa çempionatı
Azərbaycan - Yunanıstan oyunu canlı yayımlanacaq - Avropa çempionatı
Yunanıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Bədəlbəyliyə töhmət verildi - Qərar
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
Azərbaycanın millisi Yaponiyaya qalib gəldi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
"Qarabağ"dan Sefasın durumu bağlı açıqlama















Misli Premyer Liqası