reklam
Millimiz seçmə mərhələdə son matçına çıxır -
Sportfm.az xəbər saytı

Millimiz seçmə mərhələdə son matçına çıxır -Avropa çempionatı


Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da başlayacaq.

Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyacaq. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıblar.

Azərbaycan millisinin heyətində zədəli Tyaqo Bolinya və Hadı Əhmədinin meydana çıxıb-çıxmayacağı bilinmir.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

19:00. Azərbaycan - Yunanıstan

Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)

Bakı İdman Sarayı

Qeyd edək ki, 3-cü qrupun digər matçında ötən gün səfərdə Moldovanı 4:0 hesabı ilə məğlub edən Slovakiya yığması 11 xalla 2-ci yerin sahibi kimi final mərhələsinə adlayıb

Oxşar xəbərlər

Millimiz qrup liderliyini təmin etdi - Avropa çempionatı
Millimiz Slovakiyaya qarşı - Avropa çempionatı
Yığmamız Moldovanın qonağı olacaq - Avropa çempionatı
Millimiz Moldovaya qarşı - Avropa çempionatı
Yığmamız Yunanıstanla üz-üzə - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər