Qapalı zalda məşq edə biləcəklər -Avropa çempionatı
Qrapplinq üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın adları bilinib.
Sportfm.az xəbər verir ki, bu barədə Qrapplinq, Pankration və MMA Federasiyasının prezidenti Azad Əsgərov məlumata verib.
Məlumatda bildirilib ki, 26-27 apreldə keçiriləcək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında Azərbaycan üç idmançı ilə təmsil olunacaq.
Bunlar Vüsal Qasımov (-71 kq), Nadir İmaməliyev (-77 kq) və Məhəmməd Əhmədzadədir (-84 kq). Yarış zamanı komandaya rəhbərliyi federasiya prezidenti, o cümlədən Ümümdünya Güləş Birliyinin Dünya Qrapplinq Komitəsinin üzvü olan Azad Əsgərov həyata keçirəcək.
Qeyd edək ki, bu, pandemiya dövründə qrapplinq idman növündə keçirilən ilk mötəbər yarış olacaq. Turnir 19-25 apreldə Varşavada keçiriləcək güləş üzrə Avropa çempionatı başa çatdıqdan dərhal sonra baş tutacaq.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah həndbol, voleybol və qrapplinq üzrə milli komanda üzvlərinə qapalı zalda məşqə icazə verib. Aprelin 8-dən verilən xüsusi icazənin müddəti qrapplinqdə aprelin 23-də bitəcək. (oxu.az)
Oxşar xəbərlər
Malıyev baş katib seçildi
Yığmamız Avropa çempionatına hazırlaşır
Üç idman növü üzrə məşqlərə icazə verildi - AÇIQLAMA
Güləşçilərimiz üçün mükafat fondu açıqlandı - 600 min
2021-ci ilin yarış təqviminə dəyişikliklər edildi - Dünya Güləş Birliyi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası