Çempionlar Liqasında komanda sayı artırılacaq -32-dən 36-ya
UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib.
Sportfm.az xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.
Liqa formatında təşkil olunacaq turnirdə hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək. 9 - 24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Duellər 2 qarşılaşmadan ibarət olacaq.
Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər.
Oxşar xəbərlər
Avrokuboklarda yeni format tətbiq ediləcək
UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
Çempionlar Liqasında yeni format
Çempionlar Liqası yeni formatda – UEFA təsdiqlədi
AFFA UEFA-nın təklifi ilə razılaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası