Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Superliqa matçlarına qadağa qoyulacaq" -Baş nazir
Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb.
Sportfm.az "The Athletic"ə istinadən xəbər verir ki, iclasın əsas məqsədi nəhəng klubların təsis etdiyi Avropa Super Liqasının müzakirəsi olub.
Nazir görüş zamanı turnirin keçirilməsinə mane olacağına söz verib. Həmçinin Conson İngiltərədə Superliqa matçlarının təşkilinə qadağa qoyulacağını bildirib.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib.
Oxşar xəbərlər
“Real”, “Barselona” və “Yuventus”un planı - Avropa Liqası
"Super Liqa layihəsinin ləğvi ilin ən böyük zəfərdir" - Aleksander Çeferin
UEFA Avropa nəhənglərinə uduzdu - Sanksiyalar ləğv edildi
Avropa nəhənglərinə intizam işi açıldı - Superliqadan geri çəkilmirlər
Klublar Superliqaya qarşıdır - İngiltərədə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası