Ahmedov bolqaralara da lazım deyil -Uğursuz transfer
İcarə əsasında “Neftçi”də çıxış edən Ahmed Ahmedovun gələn mövsüm karyerasını harada davam etdirəcəyi sual altına düşüb.
Sportfm.az xəbər verir ki, yayda “Neftçi”ni tərk edəcək hücumçu müqavilə ilə məxsus olduğu Sofiya MOİK-inə də qayıtmayacaq.
Bolqarıstan klubunun baş məşqçisi Lyuboslav Penev 26 yaşlı forvardın xidmətində maraqlı deyil.
O, rəhbərlikdən daha təcrübəli və səviyyəli hücumçular alınmasını tələb edib. Çalışdırıcı Jordi Kaysedo və Bismark Çarlesin saxlanılması, ancaq əsas heyətdə oynayacaq bir qolçu alınmasını istəyib.
"Neftçi”nin qış fasiləsində icarəyə götürdüyü Ahmed Ahmedov hələ də qol hesabını açmayıb və əsas heyətə düşə bilmir. Əgər o, Bakı klubunda qalsa, qarşı tərəfə 150 min avro ödənməlidir.(sportinfo.az)
Oxşar xəbərlər
"Neftçi"nin sabiq futbolçusu Bolqarıstan klubundan ayrıldı
Honda və Ahmedov “Neftçi”dən ayrıldı - RƏSMİ
Yeni transfer ikiqat maaş alacaq - "Neftçi"də
"Neftçi"də yeni oyunçu - RƏSMİ
İki legioner "Neftçi"yə lazım deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası