AMADA-nın inspektorları beynəlxalq status verildi
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 14 dopinq nəzarəti inspektoru Beynəlxalq Test Agentliyinin Təlim-Sertifikat proqramında iştirak edib.
Sportfm.az xəbər verir ki, inspektorlar Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssis kimi beynəlxalq inspektor statusu alıblar.
Bu isə onlara beynəlxalq yarışlarda, o cümlədən, dünya çempionatları, olimpiada və digər böyük yarışlarda, habelə yarışdankənar dopinq nəzarəti prosesinə cəlb olunma hüququnu verir.
Beynəlxalq Test Agentliyi koronavirus pandemiyası və onun gətirdiyi məhdudiyyətləri nəzərə alaraq təlimləri onlayn formatda keçirib. İştirakçılar proqram çərçivəsində ən qabaqcıl təcrübələri öyrənib, dopinq testləri üçün istifadə olunan ən son avadanlıq və üsullarla tanış olub, idmançılarla səmərəli ünsiyyət qurmaq və onlara vacib dəstəyi göstərməklə bağlı biliklərini təkmilləşdiriblər.
Beynəlxalq dopinq nəzarəti inspektorları üçün Təlim-Sertifikat proqramının əsas məqsədi dünyada antidopinq sahəsində dopinq nəzarəti keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Proqramda AMADA da daxil olmaqla, dünyanın cəmi 8 milli və regional antidopinq agentliyi iştirak edib. AMADA proqramın hazırlanmasında da aktiv iştirak edib, təcrübələrini və təkliflərini bölüşməklə layihəyə töhfəsini verib.
Qeyd edək ki, AMADA 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir.
Oxşar xəbərlər
AMADA-nın sifarişi ilə 58 idmançıdan test götürüldü
"Amada" seminar keçirdi - Nazirliklə
AMADA-dan xəbərdarlıq - "İdmançılar təlimatlara ciddi riayət etməlidir"
AMADA ilə ictimai birlik arasında memorandum imzalandı
AMADA əməkdaşları beynəlxalq inspektor statusu alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası