reklam
Sportfm.az xəbər saytı

"Mançester Siti" PSJ-yə qarşı -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, İngiltərənin "Mançester Siti" komandası Fransada ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.

Yarımfinalın digər oyununda İngiltərə təmsilçisi "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)

Qeyd edək ki, yarımfinal mərhələsində cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Oxşar xəbərlər

“Real” “Mançester Siti” ilə üz-üzə - Çempionlar Liqası
“Mançester Siti” PSJ-ni qəbul edir - Çempionlar Liqası
Mançester klubunun 5 futbolçusu rəmzi komandada - FOTO
"Real Madrid" "Çelsi"yə qarşı - Çempionlar Liqası
Yarımfinalın təqvimi bilindi - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər