"Futbolçularımdan razı qaldım" -Qurban Qurbanov
"Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı alındı. Futbolçularımdan razı qaldım. Onlara hər hansı irad bildirmək istəmirəm".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a məğlub olduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis Mahir Emrelinin penalti nöqtəsinə yaxınlaşmamasının səbəbini açıqlayıb: "Zərbəni vuranları əvvəldən yazmışdım. 9-cunu Mahir vurmalı idi. "Qəbələ" ilə görüşdə penaltini vura bilmədiyi üçün psixoloji gərginliyi ola bilərdi".
Qurbanov Abdullah Zubirlə Emrelini meydana gec buraxmasını zədə və yorğunluqla əlaqələndirib: "Qarşıdakı matçlara görə onları qorumaq istəyirdim. Çünki qarşıda vacib matçlar var. Bizdə xahişlə oyuna çıxmaq olmur. Şahruddin Məhəmmədəliyev təcrübəli qapıçıdır. Məşqlərini edirdi".
Oxşar xəbərlər
"Bu qələbəni haqq etdilər" - Qurban Qurbanov
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
"Hamı oyunçu axtarışındadır" - Qurban Qurbanov
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Liderə qarşı oynayırdıq" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası