"Mövsümün ən yaxşı oyunlarından birini keçirdik" -Rəşad Sadıqov
“Oyun haqda çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən ki, sonra nələr baş verdiyinə baxasan”.
Sportfm.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə keçirilən cavab oyunundan sonra deyib.
O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: “Uşaqların alnından öpürəm, bağrıma basıram. Bu gün meydanda tam istədiyim kollektivi gördüm. İlk dəqiqədən son saniyəyə qədər apardıqları mübarizə, inamları, 10 nəfərlə hücuma atılmaları, qol vurmaları təqdirəlayiqdir. Bəlkə də, mövsümün ən yaxşı oyunlarından birini keçirdik”.
Qeyd edək ki, "Zirə" ilk oyunda qələbə qazanmasına (2:1) baxmayaraq, ikinci görüşdə öz meydanında məğlub olaraq (2:3) mübarizəni dayandırıb.
Oxşar xəbərlər
"Biz bilmirik?" - Rəşad Sadıqov
"Komanda nə istədiyimi bilir" - Elmar Baxşıyev
"Hər bir əsgərimizin, zabitimizin alnından öpürük" - Rəşad Sadıqov
"Avropa Liqasında ən yaxşı oyunlarımızdan birini keçirdik” - Rəşad Sadıqov
“Bəxtimiz gətirmədi” - “Kopenhagen”in baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası