reklam
Azad Rəhimov dəfn edildi -
Sportfm.az xəbər saytı

Azad Rəhimov dəfn edildi -FOTO


Mərhum gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, onun nəşi II Fəxri Xiyabana gətirilib.
Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov "Şöhrət" ordeni və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Aprelin 30-da 56 yaşında vəfat edən Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı. (Qafqazinfo)



Oxşar xəbərlər

Prezident Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı
"Dəfn mərasiminə gəlməməyinizi xahiş edirik" - Nazirin oğlu
Gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişdi - 57 yaşında
Azad Rəhimovun vəziyyəti ağırlaşdı
Prezident İlham Əliyev Azad Rəhimovu ordenlə təltif etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər