“Mançester Yunayted” – “Liverpul” oyunu təxirə salındı -Premyer Liqa
Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun “Mançester Yunayted” – “Liverpul” oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, buna Mançesterdə yerli azarkeşlərin törətdiyi ixtişaşlar səbəb göstərilib.
Belə ki, bu gün “Mançester Yunayted” fanatları rəhbərliyə etiraz əlaməti kimi şəhərdə etiraz aksiyaları keçiriblər.
“Mançester Yunayted” klubu baş verənlərlə əlaqədar rəsmi açıqlama yayıb. Xəbərdə yerli polis, Premyer Liqa və “Old Trafford” rəhbərliyi ilə müzakirələrdən sonra oyunun ertələnməsinin məqsədəuyğun hesab edib.
Hələlik matçın nə vaxt keçiriləcəyi məlum deyil. Halbuki, bu görüş İngiltərə çempionunun müəyyənləşməsi baxımından önəmli idi. “Mançester Yunayted” bu oyunda uduzsaydı, “Mançester Siti” sona 4 tur qalmış Premyer Liqanın qalibi olacaqdı.
Oxşar xəbərlər
“Mançester Yunayted” autsayderə qaerşı - Premyer Liqa
“Mançester Yunayted” “Sauthempton”u qəbul edəcək - AFİŞA
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
“Mançester Yunayted”in azarkeşləri etiraz aksiyası keçirdi - VİDEO
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası