reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" hesabat verdi -3 milyondan çox zərər


“Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3 milyon 491 min 100 manat zərərlə başa vurub.

Sportfm.az xəbər verir ki, 2019-cu ildə zərər 1 milyon 92 min 700 manat olub. Zərər 3,5 dəfə artıb.

Ötən il "Qarabağ" 12 milyon 584 min 700 manat, əvvəlki il isə 8 milyon 620 min 700 manat gəlir əldə edib.

Bunun 11 milyon 947 min 100 manatı yayım hüququndan, 637 min 600 manatı isə sair gəlirlərdən daxil olub. İl ərzində klubun xərcləri 6 milyon 222 min 300 manat azalaraq 16 milyon 75 min 800 manat təşkil edib. Bunun 9 milyon 11 min 800 manatı əmək haqqı və mükafat verilməsinə, 707 min 909 manatı əsas vəsaitlərin amortizasiyasına, 1 milyon 723 min 600 qeyri-maddi aktivlərin köhnəlməsinə, 4 milyon 623 min 500 manatı isə sair əməliyyatlara yönəldilib.

Bu il yanvarın 1-də "Qarabağ" klubunun aktivləri və öhdəlikləri 29 milyon 683 min olub ki, bu da əvvəlki ilə nisbətən 9 milyon 396 min 600 manat azdır.

Oxşar xəbərlər

AFFA 26 milyon manat xərcləyib - Nəyə?
AFFA-nın gəlirləri açıqlandı - 5 milyon
“Neftçi” ötən ili mənfəətlə başa vurdu
AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı - SİYAHI
AFFA 2017-ci il üzrə gəlir və xərclərini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər