reklam
Sportfm.az xəbər saytı

"Zirə" - "Qəbələ" -25-ci duel


Sabah Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. “Qəbələ” turun ikinci günündə “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar” bu matçı səfərdə keçirəcək.

Sportfm.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç iki rəqib arasında 25-ci duel kimi tarixə düşəcək. Əvvəlki 24 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 10 heç-heçəsi olan komanda 5 dəfə məğlub olub. Baş tutan görüşlərdə 33 qol vuran “Qəbələ” öz qapısından 22 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi “Zirə” ilə matçlarda 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib.

Əvvəlki 24 qarşılaşmadan 22-si çempionat, 2-si kuboka təsadüf edib. Premyer Liqa çərçivəsində baş tutan 22 görüşdən yeddisində 3, onunda 1 xal əldə edən “Qəbələ” 5 dəfə uduzub. Komandamız 26 qol vurduğu matçlarda 20 top buraxıb.

13-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 12 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda eyni sayda – 4 dəfə qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb.

Xatırladaq ki, mayın 9-da keçiriləcək “Zirə” - “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər

Qəbələdə 28-ci duel - Premyer Liqa
“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli - Azərbaycan Premyer Liqası
"Zirə" - "Qəbələ" - 23-cü duel
"Qəbələ" - "Zirə": 22-ci duel
"Zirə" - "Qəbələ": 17-ci duel

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər