reklam
“Neftçi” kubokuna qovuşdu -
Sportfm.az xəbər saytı

“Neftçi” kubokuna qovuşdu -FOTO


“Neftçi-2” I Divizionda mövsümün son oyununu keçirib. Əvəzedicilərimiz 27-ci turda “Zaqatala”ya 4:0 hesabı ilə qalib gəliblər.

Sportfm.az xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Asim Əlizadə (15-ci dəqiqə), Vüqar Həsənov (19-cu dəqiqə), Nicat Musayev (73-cü dəqiqə) və Vüsal Əsgərov (81-ci dəqiqə) vurublar.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Neftçi-2”nin üzvləri qızıl medallarla təltif olunublar. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionluq kubokunu komandamızın kapitanı Seymur Əliyevə təqdim edib.

Qeyd edək ki, “Neftçi-2” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirmişdi.

Oxşar xəbərlər

“Neftçi” “Qəbələ”yə məğlub oldu - Yoxlama oyunu
"Neftçi" MOİK-i məğlub etdi
Dario Federiko "Qaradağ Lökbatan"la oyunda lazımdı - braziliyalı qol vurdu
"Səbail" çempionluq kubokuna qovuşdu - FOTO
“Neftçi” komandası “Sabahın ulduzları” turnirinin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər