reklam
Honda Ağdamda -
Sportfm.az xəbər saytı

Honda Ağdamda -VİDEO


Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və "Neftçi"nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Sportfm.az xəbər verir ki, bu barədə özünün rəsmi sosial şəbəkə səhifəsində Canni de Byazi məlumat verib. Onlar Cümə məscidi, "İmarət" stadionunda olublar, şəhid Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.

Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq".

 

Oxşar xəbərlər

29 il sonra “İmarət” stadionunda - FOTO
Yaponiya səfiri Keysuke Honda ilə görüşdü - FOTO
"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl
"Qarabağ" Ağdama yollandı - "İmarət"i ziyarət edəcək
AFFA prezidenti Canni De Byazi ilə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər