FIFA milli federasiyalara 1,5 milyard dollar ödədi -AÇIQLAMA
FIFA koronavirus pandemiyası ilə əlaqədar zərərə uğrayan milli federasiyalara dəstək olaraq, 1,5 milyard ABŞ dolları ayırıb.
Sportfm.az xəbər verir ki, bu barədə ali futbol təşkilatının prezidenti Canni İnfantino qurumun konqresində bildirib.
"Şadam ki, FIFA sizə kömək etdi. Vəsait öz ehtiyatlarımızdan götürülüb, kənardan dəstək almamışıq. Ehtiyatlarımız isə son illər peşəkarcasına işləməyimiz nəticəsində yaranıb", - deyən isveçrəli funksioner "Bunlar FIFA-nın yox, sizin pullarınızdır. Onlar sizə lazımdırsa, FIFA kömək edər", - vurğulayıb.
İnfantino həmçinin bildirib ki, gələn il təşkilatın gəliri 6,44 milyard ABŞ dollarına yüksələ bilər.
Qeyd edək ki, FIFA 1,5 milyard dolları 211 üzv federasiya, o cümlədən, AFFA-ya bərabər şəkildə bölüb.
Oxşar xəbərlər
İnfantino yenidən FİFA prezidenti seçildi
FIFA futbola sərmayəni artırdı - 5 dəfə
"Pandemiya çətinliklərə səbəb oldu" - Canni İnfantino
FİFA gəlirlərini açıqladı - Böyük rəqəmlər
FIFA DÇ-2018-dən qazancını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası