Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rafael Ağayevin iştirakı rəsmiləşdi -Tokio-2020
Azərbaycanın Tokio Yay Olimpiya Oyunlarına daha iki lisenziyası rəsmiləşib.
Sportfm.az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) Xorvatiyanın Poreç şəhərində keçirilmiş Avropa çempionatından sonra Olimpiadaya ilk 40 vəsiqənin sahibini açıqlayıb.
Azərbaycanın dünya çempionları – Rafael Ağayevlə (-75 kq) İrina Zaretskayanın da (+61 kq) lisenziyası rəsmiləşib. Rafael bu nəticəyə reytinqdə üçüncü, İrina isə birinci olmaqla nail olub.
Qeyd edək ki, ümumilikdə Olimpiadada 80 karateçi (40 kişi və 40 qadın) mübarizə aparacaq. Digər 40 karateçidən 24-nün adı 11-13 iyunda Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Təsnifat Turnirində bilinəcək.
Oxşar xəbərlər
Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
Olimpiadada 3 karateçimiz iştirak edəcək - Tokio-2020
Rafael Ağayevin lisenziyası ləğv edildi
Rafael Ağayev Tokioda olacaq - Rəsmiləşdi
Rafael Ağayev olimpiadaya vəsiqənin bir addımlığında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası