Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazananlar -Tokio-2020
Gənclər və İdman Nazirliyi Tokioda keçiriləcək XXXII Yay Olimpiya və XVI Yay Paralimpiya oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, indiyədək idmançılarımız Olimpiadaya 20, Paralimpiadaya isə 13 lisenziya qazanıblar.
Olimpiya Oyunlarına ən çox lisenziyanı güləşçilərimiz əldə ediblər. Pəhləvanlarımızdan 7 nəfər – Mariya Stadnik (50 kq), Elis Manolova (68 kq), sərbəst güləşçilərimizdən Hacı Əliyev (65), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) “Tokio-2020”yə lisenziya qazanıblar.
Gimnastlarımız Olimpiya Oyunlarına 4 lisenziya əldə ediblər. Bədii gimnastlarımızdan Zöhrə Ağamirova (çoxnövçülük), Azərbaycanın qrup hərəkətləri komandası (qrup-çoxnövçülük), Marina Nekrasova və İqor Tixonov (idman gimnastikası, çoxnövçülük), bu lisenziyaları komandamızın aktivinə yazıblar.
Olimpiadaya digər lisenziyaları atletlər Anna Skidan (çəkicatma) və Nazim Babayev (üçtəkanla tullanma), üzgüçü Maksim Şemberev (400 m, qarışıq), taekvondoçular Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (80 kq), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma), boksçu Tayfur Əliyev (57 kq), qılıncoynadanlardan Anna Başta (sablya) və şose velosipedi üzrə Azərbaycan komandası qazanıblar.
XV Yay Paralimpiya Oyunlarına isə ən çox lisenziyaya Parataekvondoçularımız sahib olublar. Belə ki, idmançılarımızdan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (58 kq), İmaməddin Xəlilov (61) və Əbülfəz Abuzərli (75 kq) Paralimpiadanın taekvondo yarışlarında mübarizə aparacaqlar. Digər atletlərimizdən isə Paralimpiadaya lisenziyaya Oloxan Musayev (lövhəatma), Samir Nəbiyev (nüvəitələmə), Kamil Əliyev (uzunluğa tullanma), üzgüçülərdən Raman Salei (100 m arxasıüstə), Dana Sandıbina və Vəli İsrafilov, atıcılarımızdan Yelena Taranova (25 m), Kamran Zeynalov (50 m) və pauerliftinqçi Elşən Hüseynov (+107 kq) sahib olublar.
Oxşar xəbərlər
Tokioda Azərbaycanı 17 əcnəbi təmsil edəcək - Acı reallıq
Lisenziya qazanmış idmançılarımız - Tokio-2020
Lisenziya qazanmış idmançılarımız - Tokio-2020
Paralimpiyaçılarımızdan 9 lisenziya - Tokio-2020
İdmançılarımızdan 16 lisenziya - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası