reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanı diqqət mərkəzində saxlayacağam" -Keysuke Honda


"Burada olduğum üçün xeyli məmnunam. Çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"dən ayrılan yaponiyalı tanınmış futbolçu Keysuke Honda klubun rəsmi televiziyasına açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın növbəti mövsümdə də çempion olacağını ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, "Neftçi" növbəti mövsümdə də çempion olacaq. Mən isə buraya gəlib, onlarla birlikdə qalibiyyəti qeyd edərəm. Ümumiyyətlə, buradan ayrılsam da, Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam".

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı.

Oxşar xəbərlər

"Neftçi" Honda ilə vidalaşdı - Müqavilə bitdi
Honda ilk qolunu təriflədi - VİDEO
Honda investisiya qoyacaq - Afrikadakı layihələrə
"Neftçi"nin çempionluq üçün böyük şansı var" - Keysuke Honda
"Əlimdən gələni edəcəyəm ki, çempion olaq" - Honda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər