Azərbaycan Gənclər Liqasında iştirak edəcək -Beynəlxalq turnir
Azərbaycan karateçiləri iyunun 4-6-da Kiprin Limassol şəhərində keçiriləcək uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək mövsümün ilk Karate 1 Gənclər Liqası turnirində iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışa 32 karateçimiz qatılacaq. Onlar yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın döyüş məşqçisi Anar Əhmədovun rəhbərliyi ilə mübarizə aparacaqlar. Beynəlxalq referi Mais Mədətov isə qarşılaşmaların idarə olunmasında ölkəmizi təmsil edəcək.
Yarışda 37 ölkədən 760 idmançı mübarizə aparacaq.
Oxşar xəbərlər
Karateçilərimiz üçün BƏƏ sınağı - Beynəlxalq turnir
19 idmançımız İtaliyada çıxış edəcək
Azərbaycan idmançıları Avropa çempionatında 8 medal qazandı - FOTO
Karateçilərimiz İtaliyadan "əli dolu" qayıdır
Azərbaycanın gənc karateçiləri İspaniyada dünya çempionatında iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası