Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
David Luis Londondan ayrıldı -"Yarpaq tökümü"
İngiltərənin “Arsenal” klubu dörd futbolçusu ilə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qapıçı Metyu Rayan, müdafiəçi David Luis, həmçinin komandada icarə əsasında çıxış edən Daniel Sebalyosla Martin Edeqor “topçular”ın düşərgəsini tərk edib. Sonuncu iki futbolçu müqavilə ilə məxsus olduqları “Real”a qayıdıblar. David Luislə Metyu Rayanın isə başa çatan sözləşməsi yenilənməyib.
Qeyd edək ki, “Arsenal” Premyer Liqada geridə qalan mövsümü 61 xalla 8-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.
Oxşar xəbərlər
"Səbail" futbolçusunu göndərdi - Ayrılıq
“Səbail” 3 futbolçusunu göndərdi - RƏSMİ
Sebalyos "Arsenal"da çıxış edəcək - RƏSMİ
Erməni futbolçu “Arsenal”dan getdi - RƏSMİ
“Arsenal” 4 futbolçusu ilə bağlı qərar verdi – RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası