"Azərbaycan millisi yaxşı komandadır" -Roberto Bordin
"Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq".
Sportfm.az xəbər verir ki, bunu futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
2018 - 2020-ci illərdə "Neftçi"yə rəhbərlik etmiş 56 yaşlı mütəxəssis rəqib oyunçuları tanıdığını bildirib: "Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq".
Baş məşqçi Azərbaycanın zəif və güclü tərəfləri haqqında danışıb: "Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır".
Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
“Rəqib yaxşı komandadır” – De Byazi
"Xalqımızı qələbə ilə sevindirmək istəyirik" - Azər Salahlı
"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
"Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq" - Emin Mahmudov
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası